Azay Quliyev: “Erməni deputatın çıxışında səsləndirdiyi fikirlər tam olaraq əsassızdır”
Ermənistanın Avronest PA-dakı nümayəndə heyətinin üzvü Styopa Safaryanın insan hüquqlarının vəziyyəti ilə bağlı Azərbaycan hökumətinə ünvanlanan əsassız bəhanələrinə azərbaycanlı millət vəkili Azay Quliyev münasibət bildirib. SİA-nın xəbərinə görə, A.Quliyev çıxışı zamanı deyib ki, bəzi ölkələr demokratiyadan danışdıqları halda öz ölkələrində azad və dinc nümayişləri gülləbaran edirlər. İclasda hər kəsin öz mövqeyini səsləndirə bilmək imkanının olduğunu deyən A.Quliyevin sözlərinə görə, lakin bir çoxları etik normaları da gözləməlidirlər: "Erməni deputatın nəzərinə çatdırmaq istəyirəm ki, çıxışında səsləndirdiyi fikirlər tam olaraq əsassızdır. O burada "Müsavat" partiyasının adını çəkdi, hansı ki bu partiya Avropa Sosialistləri Blokuna deyil, Avropa Libelarlar Blokuna aid bir partiyadır".
Çıxışı zamanı millət vəkili "Avronest" PA-nın sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitəsinin həmsədri Laima Andrikienin çıxışına da münasibətini açıqlayıb: "Dünən onun həmsədr olduğu komitənin iclasında Azərbaycanın yeddi nəfər vətəndaş cəmiyyəti nümayəndəsi iştirak etmişdi. Lakin indi belə görünür ki, o yalnız bir nəfərin fikirlərini əsas götürür. Onun buradakı çıxışı məndə belə bir təəssürat yaratdı və təəssüf hissi doğurdu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB