Elnur Aslanov: “Gənclərimiz ölkəmizin bugünkü uğurlu inkişafının sabah ehtiyac duyacağı əsas kadrlardır” - MÜSAHİBƏ
Aprelin 6-7-də Budapeştdə Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAIF-in) növbəti beynəlxalq konfransı keçiriləcək. SİA-ya bu barədə Azərbaycan Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun müsahibəsini təqdim edir:
- Elnur müəllim, ASAIF-in növbəti beynəlxalq konfransı haqda nə deyə bilərsiniz?
- Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun Macarıstan Respublikasının parlamentində keçiriləcək "Mən gənc səfirəm" adlı beynəlxalq konfransı azərbaycanlı gənclərin xarici ölkələrdə keyfiyyətli təhsil almaları ilə yanaşı, fəaliyyət imkanlarının yenidən dəyərləndirilməsini nəzərdən keçirəcəkdir.
Konfransın rəsmi açılışında Macarıstan parlamentinin vitse-spikerinin, Macarıstan Milli Ehtiyatlar Nazirliyinin dövlət katibinin çıxışları gözlənilir. Tədbir müxtəlif mövzuları, xüsusilə xaricdə təhsil alan azərbaycanlı gənclərin təşkilatlanması, diaspor və lobbiçilik fəaliyyətinin formalaşdırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu, Azərbaycanın gələcək inkişafında insan kapitalının əhəmiyyəti, gənclərin fəallıqlarının artmasında sosial şəbəkələrin və KİV-lərin rolunu əhatə edən panellərdə öz işini davam etdirəcəkdir.
Hər bir mövzu üzrə təyin edilən məruzəçinin çıxışı və geniş müzakirələr nəzərdə tutulmuşdur. Tədbirdə, həmçinin Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Milli Məclisin deputatları, media nümayəndələri və özəl şirkətlərin rəhbərləri iştirak edəcəklər.
- Sizin bu konfransdan gözləntiləriniz nədir?
- Bilirsiniz, Azərbaycan müstəqilliyini 20 ildir ki, bərpa etmiş və bu illər ərzində çətin sınaqlardan keçmişdir. Qonşu Ermənistanın təcavüzkar siyasəti, erməni lobbisinin Azərbaycana qarşı qərəzli fəaliyyəti, beynəlxalq birliyin nümayiş etdirdiyi ikili standartlar, əlbəttə, bütün bunlar təəssüf hissi doğurur.
Bu gün Azərbaycan beynəlxalq birliyin etibarlı tərəfdaşı, regional inkişafın əsas aparıcı qüvvəsidir. Azərbaycanın malik olduğu geniş imkanlar onun xarici siyasətini zəruri vasitələrlə təmin etmiş, fəaliyyət imkanlarını genişləndirmişdir.
Eyni zamanda, daimi tərəqqidə olan müasir dünyanın tələblərinə uyğun olaraq, Azərbaycan gələcək inkişafının möhkəm özüllər üzərində qurulmasını təmin etmək məqsədilə "neft kapitalının insan kapitalına çevrilməsi" prosesinə başlamış və onu uğurla davam etdirir.
Dünyanın bir çox ölkələrində müxtəlif ixtisaslar üzrə təhsil alan azərbaycanlı gənclər ölkəmizin bugünkü uğurlu inkişafının sabah ehtiyac duyacağı əsas kadrlardır. Digər tərəfdən, bu, azərbaycanlı gənclərin malik olduğu təhsil baqajı, onların beynəlxalq arenada, xüsusilə öz ixtisaslarına uyğun olan sahələrdə rəqabətədavamlı kadr kimi formalaşmasını təmin edir.
Bu isə o deməkdir ki, onlar seçim edib təhsil aldıqları ölkədə də qalıb işləyə bilərlər. Belə olan halda biz onları itirmirik, onların simasında Azərbaycanın gələcək lobbi nümayəndələrini qazanmış oluruq. Hər bir insan müxtəlif məkanlarda yaşaya bilər, lakin o hər zaman əcdadlarının milli-mədəni irsinə, yaşadığı vətənə daim bağlılıq hiss edir. Bu, təbii bir hisdir, onu heç kim və heç bir qüvvə sındıra bilməz. Öz məqsədlərinə nail olmaqla, onlar ümumi işə töhfə vermiş olurlar.
Qeyd edilənlər bir daha göstərir ki, Azərbaycan dövlətinin uzunmüddətli strategiyası, onun inkişaf etmiş iqtisadi sistemə əsaslanan rifah dövlətinin qurulmasına və beynəlxalq arenada mövqeyinin güclənməsinə xidmət edir. Bu gün isə konkret olaraq azərbaycanlı gənc tələbələr öz fəaliyyətləri ilə Azərbaycanın təbliğatçılarına çevrilir, onun haqlı mövqeyinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına kömək edirlər. Avropanın müxtəlif ölkələrində təhsil alan 300-ə yaxın azərbaycanlı tələbənin qatıldığı hazırkı konfransı bu istiqamətdə atılan növbəti addım kimi dəyərləndirirəm.
- Konfransdan öncə gənc tələbələrə və tədbirdə iştirak edəcək gənclərə hansı mesajları vermək istəyirsiniz?
- İlk mesajım, əlbəttə, Azərbaycan dövlətinin onlara göstərdiyi inam və etibarı doğrultmaq, təhsildə əldə etdikləri nailiyyətlərlə bizi sevindirməkdir. Onların əsas məqsədi yüksək keyfiyyətli təhsil almaqdır.
Biz də bunu gözləyirik. İkinci mesaj isə ondan ibarətdir ki, tələbələr öz təhsilləri ilə yanaşı, asudə vaxtlarından səmərəli istifadə edərək, təşkilatlanma işini bir daha nəzərdən keçirməlidirlər. Onların öz maraq dairələrini əhatə edən sahələrdə Azərbaycan haqqında məlumatların yayılmasına töhfə vermək imkanları da müzakirə edilməlidir.
Hazırda sosial şəbəkələr çoxsaylı insanların öz fikir və düşüncələrini, baxışlarını və müxtəlif məlumatları paylaşdığı məkana çevrilmişdir. Düşünürəm ki, azərbaycanlı tələbələr təhsil aldıqları ölkələrdə keçirilən elmi tədbirlərdə fəal iştirak etməli, Azərbaycan ilə bağlı müxtəlif mövzularda çıxış etməli, elmi məqalələr və əsərlər yazmalı, bilik və savadları ilə digər tələbələr üçün nümunə olmalıdırlar.Dünyanın bir çox ölkələrində Azərbaycan ilə bağlı informasiya qıtlığı vardır. Yazılan məqalələrin sayı azdır, bəziləri isə qərəzli şəkildə ermənipərəst müəlliflər tərəfindən qələmə alınmışdır. Azərbaycanlı gənc tələbələr bu məsələyə həssaslıqla yanaşmalı, həmin boşluğu doldurmaq üçün əllərindən gələni etməlidirlər.Onlar öz elmi potensiallarını vətənləri haqqında dolğun yazılara sərf etməli, növbəti tədqiqatlar üçün münbit zəmin yaratmalıdırlar. Elə etmək lazımdır ki, onlardan sonra gələn tələbələr və yaxud yerli tədqiqatçılar informasiya qıtlığından şikayət etməsinlər. Biz bu gün addım-addım öz yolumuzu təyin etməliyik. Keçiriləcək konfrans bu məsələləri tələbələrlə birgə müzakirə edəcək və onlara tövsiyələrini verəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



