Levon Ter-Petrosyan: \"Serj Sarkisyan saxtakardır, prezident kürsüsünü zorla zəbt edib\"
Ermənistan müxalifəti deyəsən özünə gəlməyə başlayıb. Artıq həqiqəti deməyə, indiki preziden Serj Sarkisyanın hansı yolla hakimiyyətə gəldiyini var gücü ilə dünyaya bəyan etməyə cəsarət tapıb. Belə ki, Serj Sarkisyanın Seçki Məcəlləsinin kobud şəkildə pozulması ilə prezident vəzifəsini tutması nəzərə alınsa, o zaman yeni çağırış parlamentdə əhəmiyyətli iştiraka nail olan Ermənistan Milli Konqresi (EMK) ölkə başçısının istefası və onun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini qaldırmaq niyyətindədir.
SİA Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə EMK-nın mitinqində seşkiqabağı proqramın əsas maddələrini təqdim edən konqresin lideri Levon Ter-Petrosyan bildirib. Eks-prezident qeyd edib ki, Ermənistanın müxalifətçi Erməni Milli Konqresi (EMK) ölkədə xüsusi seçkiqabağı proqramla çıxış etməli olmayan yeganə siyasi qüvvədir.
\"Dörd illik fəaliyyəti dövründə konqres özünü ictimaiyyətə həm nəzəri, həm də praktiki baxımdan hökumətə qarşı duran real qüvvə kimi təsdiqləyib. EMK bu dövrdə qarşısına 2 vəzifə qoyub və onların hər ikisinin öhdəsindən uğurla gəlib. Birincisi, rejimin bütün çatışmazlıqları və cinayətlərinin üzə çıxarılması, ikincisi ölkənin sosial-iqtisadi inkişafına, konstitusion düzənin bərpasına yönəlmiş əsaslı alternativlərin ortaya qoyulması\", - Ter-Petrosyan deyib.
Ana müxalifət liderinin sözlərinə görə, EMK növbəti çağırış parlamentdə öz fraksiyasını formalaşdıra biləcəyi təqdirdə, qurumun ilk iclasındaca irəli sürəcəyi siyasi və qanunverici təşəbbüslərin indidən dəqiq şəkildə ortaya qoyulmasına tərəfdardır. Müxalifət lideri bu təşəbbüslərin nədən ibarət olduğunu da açıqlayıb. \"Serj Sarkisyanın Seçki Məcəlləsini kobud şəkildə pozmaqla, saxtakarlıqla, dinc aksiyaçılara zor tətbiqi və onların qətlə yetirilməsi ilə Ermənistan prezidenti kürsüsünü zəbt etdiyini nəzərə alaraq, dərhal onun istefası və cinayət məsuliyyətinə cəlbi məsələsini qaldıracağıq\", - o bildirib.
Növbəti addım 1999-cu ilin 27 oktyabr və 2008-ci ilin 1 mart cinayətləri ilə bağlı araşdırma aparması üçün bitərəf deputatlardan ibarət geniş səlahiyyətlərə malik deputat komissiyalarının yadarılması olacaq.
\"Daha bir hədəf hazırkı büdcəyə müvafiq dəyişikliklərin edilməsi ilə 1 mart qurbanlarının ailələrinə, odlu silahla yaralanmış şəxslərə kompensasiyaların ödənilməsidir. Onların hamısına eyni vaxtda yardım göstərilməsi mümkün olmasa belə, bu, yaxın iki ildə mərhələli şəkildə həyata keçirilməlidir\", - Ter-Petrosyan deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB