DİN Ucardakı qətllə bağlı məlumat yayıb

DİN Ucardakı qətllə bağlı məlumat yayıb

Daxili işlər Nazirliyi aprelin 1-də Ucar rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, saat 17.00 radələrində Ucar şəhəri ərazisində şəhər sakini Mirağa Niftəliyev münaqişə zəminində ov tüfəngindən atəş açaraq qonşusu Elçin Şıxəliyevi qətlə yetirib. M.Niftəliyev könüllü olaraq Ucar RPŞ-yə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib. Qeyd edək ki, M.Niftəliyev tüfənglə E.Şıxəliyevin ağzından atəş açıb.


Bütün xəbərlər Facebook səhifəmizdə