Xəzər və Avropa arasında tranzit enerji marşrutları mövzusunda beynəlxalq konfrans işə başlayıb

Xəzər və Avropa arasında tranzit enerji marşrutları mövzusunda beynəlxalq konfrans işə başlayıb

Bakıda Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə \"Əsas regional perspektivlər: Xəzər və Avropa arasında tranzit enerji marşrutları\" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nın xəbərinə görə, tədbiri giriş nitqi ilə açan SAM-ın direktor müavini Gülşən Paşayeva deyib ki, son bir ildə Xəzər regionunun neft-qaz sahəsində böyük irəliləyişlər əldə olunub. Bildirilib ki, 2012-ci ilin iyununda \"Şahdəniz-2\" layihəsinin Mərkəzi Avropaya marşrutu müəyyənləşəcək: "İlk olaraq marşrut İtaliyaya planlaşdırılır. Yekun marşrutun seçilməsi isə 2015-ci ildə yekunlaşdırılacaq".

Finlandiyanın Aleksanteri İnstitutunun direktoru Markku Kivinen isə bildirib ki, Xəzərin enerji resursları Avropanın diqqət mərkəzindədir. Avropa bu region arasında müxtəlif enerji siyasəti həyata keçirir. Hazırda Avropanın enerji resursları ilə əlaqədar Rusiyadan asılılığı var.

Tədbirdə digər çıxış edənlər də Xəzər regionunda palanlaşdırılan layihələrin uğurlarından söhbət açıblar.


Bütün xəbərlər Facebook səhifəmizdə