Bakıda Avronest Parlament Assambleyasının ikinci növbəti sessiyası öz işinə başlayır
Bu gündən Bakıda Avronest Parlament Assambleyasının ikinci növbəti sessiyası öz işinə başlayır. SİA-nın xəbərinə görə, aprelin 4-dək davam edəcək iclasda iştirak etmək üçün Avropa Parlamentinin 37 deputatı Azərbaycana səfər edib. Nümayəndə heyətinə deputat Kristian Vigenin və Avronest PA-nın həmsədri Boris Tarasyuk rəhbərlik edir.
Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyasının proqramına əsasən, Milli Məclisdə Belarus üzrə işçi qrupun
iclası olacaq. Avronest PA-nın həmsədrləri Kristian Vigenin və Boris Tarasyukun
rəhbərliyi ilə Büro üzvlərinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü də
nəzərdə tutulub. Kristian Vigenin və Boris Tarasyuk Milli Məclisinin sədri
cənab Oqtay Əsədovla da görüşəcək.
Bu gün həmçinin,
Avronest PA-nın İqtisadi İnteqrasiya,
Hüquqi Yaxınlaşma və Aİ Siyasətləri ilə Uyğunluq üzrə Komitəsinin, Enerji
Təhlükəsizliyi üzrə Komitəsinin Siyasi Məsələlər, İnsan Hüquqları və
Demokratiya üzrə Komitəsinin, Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş
Cəmiyyəti üzrə Komitəsinin iclasları olacaq.
İclaslardan sonra Azərbaycan nümayəndə heyəti adından Avronest PA-nın
üzvlərinin şərəfinə Azərbaycan milli musiqisi ustalarının iştirakı ilə konserti
və şam yeməyi veriləcək.
Aprelin 3-də Şəhidlər Xiyabanını ziyarət edən nümayəndə heyətləri daha sonra
Avronest PA-nın Büro iclasına qatılacaq. Avropa Xalq Partiyası siyasi qrupunun
və Sosialist və Demokratlar siyasi qrupunun iclaslarından sonra Avronest PA-nın
İkinci Sessiyasının rəsmi açılışı olacaq. Sessiyanın açılışında Milli Məclisin
sədri Oqtay Əsədov çıxış edəcək. Sessiyanın davamı aprelin 4-də olacaq. Sessiya
elə həmin gün yekunlaşacaq. Avronest
PA-nın həmsədrləri Kristian Vigenin və Boris Tarasyuk tərəfindən mətbuat
konfransının keçiriləcəyi də bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB