Qubada kütləvi izdiham yaşanır

Qubada kütləvi izdiham yaşanır

Qubadakı kütləvi məzarlıq 31 Mart Azərbaycanlıların Soyqırımı günü münasibəti ilə bu gün səhərədən izdihamlı idi. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, ziyarətə gələn müxtəlif təbəqəli insanlar 1918-ci ildə erməni vəhşiliyinin qurbanı olan dinc əhalinin uyuduğu məzarlığın dünya ictimaiyyətinə çatdırılmasını vacib sayırlar.

Bu məzarlığın dünya ictimaiyyətinə çatdirılması üçün bütün Azərbaycan vətəndaşları əllərindən gələni etməlidir ki, bu düzgün formada dünya ictimaiyyətinə çatdırılsın.

Hadisələrə düzgün hüquqi qiymət dünya ictimaiyyəti tərəfindən verilməlidir. Çünki dünya ictimaiyyəti bilməlidir ki, ermənilər bizim başımıza hansı müsibətləri gətiriblər.

Qeyd edək ki, günün sonunadək Soyqırımı məzarlığı 10 mindən artıq insanın ziyarət edəcəyi gözlənilir.

Məlumat üçün bildirək ki, məzarlığın ziyarətindən sonra ictimaiyyət nümayəndələri və rayon rəsmilərinin iştiraki ilə soyqırım kompleksində geniş tədbir keçirilib.


Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə