PA rəsmisi: \"Dağlıq Qarabağda keçirilən qondarma \"seçkilər\" sülhyaratma proseslərinə mənfi təsir göstərir\" - MÖVQE

PA rəsmisi: \"Dağlıq Qarabağda keçirilən qondarma \"seçkilər\" sülhyaratma proseslərinə mənfi təsir göstərir\" - MÖVQE

Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi \"seçkilər\" sülhyaratma proseslərinə mənfi təsir göstərir. SİA-nın verdiyi xəbər görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.


\"Dağlıq Qarabağda heç kim tərəfindən tanınmamış qondarma bir rejim, orada keçirilən hər hansı tədbir, o cümlədən siyasi aksiya qeyri-qanuni olmaqla bərabər, sülhyaratma proseslərinə mənfi təsir göstərir. Biz bununla əlaqədar ATƏT-ə və digər beynəlxalq təşkilatlara öz haqq səsimizi çatdırmışıq. Xarici dövlətlər də, ATƏT-in Minsk qrupunun üzvləri də hər zaman bu kimi addımları birmənalı olaraq pisləyiblər\", - deyə Ə.Həsənov əlavə edib.


Məlumat üçün bildirək ki, yay aylarında Dağlıq Qarabağın qondarma rejimi \"prezident seçkisi\" keçirmək niyyətindədir.


Ə.Həsənov qeyd olunan hallarla bağlı dəfələrlə ATƏT-in Minsk qrupuna, bütün beynəlxalq təşkilatlara müraciət olunduğunu vurğulayıb: "Biz dəfələrlə öz etiraz səsimizi çatdırmışıq. Bu dəfə də etirazımızı bildirəcəyik. Xarici dövlətlər, ATƏT-in Minsk qrupu da bu kimi aksiyaları pisləyirlər. Bu rejim heç kim tərəfindən tanınmadığı üçün keçirdiyi "seçkiləri" də heç kim tanıya bilməz. Digər tərəfdən, Dağlıq Qarabağdan məcburi qaydada didərgin salınmış vətəndaşlar seçkidə iştirak etmədiyi halda bu "seçkilər" eyni zamanda sülhyaratma prosesinə mənfi təsir göstərəcək".

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə