Həmsədr ölkələrinin XİN-ləri birgə bəyanatla çıxış edib

Həmsədr ölkələrinin XİN-ləri birgə bəyanatla çıxış edib

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri Hillari Klinton (ABŞ), Sergey Lavrov (Rusiya) və Alan Jüppe (Fransa) birgə bəyanatla çıxış ediblər. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumatına görə, hər üç diplomatın imzaladığı bəyanatda xarici işlər nazirləri münaqişənin dinc və davamlı nizamlanması üçün Dağlıq Qarabağ münaqişəsi tərəflərini siyasi iradə nümayiş etdirməyə çağırıb.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri bəyanatda bildiriblər ki, prezidentlər Medvedev, Obama və Sarkozinin 2011-ci il mayın 24-də Dovildəki birgə bəyanatlarında qeyd edildiyi kimi, danışqılar yolu ilə nizamlanma sülhə, sabitliyə və barışığa gətirib çıxara bilər və münaqişənin həlli üçün güc tətbiqinə istənilən cəhd uzun müddətdən bəri qeyri-müəyyənlikdən və inamsızlıqdan əziyyət çəkən regiona qeyri-sabitlik gətirə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə