Türkiyənin Hakkari şəhərində keçirilən Novruz şənliyində silahlı terrorçu və polis arasında insident yaranıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Novruz şənliyi adı altında bir qrup gənc polisə daşlarla və müxtəlif kəsici alətlərə hücum edib.
Eyni zamanda nümayişçilər arasında silahlı şəxslərin açıdğı atəş nəticəsində dörd polis yaralanıb. Onlardan artıq birinin öldüyü bildirilir. Bundan əlavə Türkiyə polisinin keçirdiyi operativ əməliyyat nəticəsində İstanbul, Diyarbəkir, Adana və Mersin şəhərlərində Novruz şənlikləri ərəfəsində planlaşdırılan silsilə terror aktlarının qarşısı alınıb və 15 nəfər həbs edilib.
Həmçinin Türkiyənin Van şəhərində Novruz şənliklərinin keçirilməsi nəzərdə tutulan ərazidə terror aktının qarşısı alınıb. Türkiyə polisinin keçirdiyi xüsusi əməliyyat tədbiri nəticəsində 2 kq partlayıcı maddə aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB