Turan İbrahimov: \"Sabahkı aksiyada iştirak edəcək mxalifətçilər sadəcə virtual qəhrəmanlardır\" - AÇIQLAMA

Turan İbrahimov: \"Sabahkı aksiyada iştirak edəcək mxalifətçilər sadəcə virtual qəhrəmanlardır\" - AÇIQLAMA

"Sabahkı aksiyada gözüm müxalifət düşərgələrinin üzərində olacaq". Bu sözləri SİA-ya açıqlaması zamanı ictimai-siyasi proseslərdə fəal iştirak edən tele-jurnalist Turan İbrahimov deyib.

Onun sözlərinə görə, qarşıdurma yaratmaq niyyətində olan gənclərin sabahkı cəhdləri də hər zamankı kimi uğursuz olacaq: "Sabah müxalifətçi gənclər icazəli aksiya keçirəcəklər. Əminəm ki, polis onların sərbəst toplaşma hüquqlarını rahat bir şəkildə istifadə etmələrini təmin etmək üçün əlindən gələni edəcək. Lakin mənim üçün maraqlı olan sadəcə bir məqam var. Əsasən qarşıdurma yaratmaqda niyyətli olan bu şəxslər sabah özlərini necə aparacaqlar?".

Virtual aləmdə müxalifətçi gənclərin saylarının minlərlə olduğunu deyən İbrahimov sabahkı aksiyada bu çoxluğun toplaşacağından şübhə duyduğunu diqqətə çatdırıb: "Maraqlı məqam budur ki, sabahkı aksiyada müxalifətçi gənclərin sayı çoxmu olacaq? Əslində mənim buna böyük şübhəm var. Çünki bu gənclərin böyük qisminin virtual qəhrəmanlar olduqları hər kəsə məlumdur. Bir sözlə gözüm üzərlərindədir. Hər zaman olduğu kimi, sabah da onların keçirəcəkləri aksiyanı yerindəcə müşahidə edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə