Millət vəkili: \"Fransua Ollandın bu açıqlaması divident qazanmaq məqsədi güdür\"

Millət vəkili: \"Fransua Ollandın bu açıqlaması divident qazanmaq məqsədi güdür\"

"Fransada prezidentliyə namizəd olan siyasətçilər seçkiqabağı erməni lobbisindən, icmasından dəstək almaq üçün belə açıqlamalar verir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Jalə Əliyeva Fransanın Sosialist Partiyasından prezidentliyə namizəd Fransua Ollandın "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun ilə bağlı verdiyi bəyanata münasibət bildirərkən deyib. O, qeyd edib ki, Fransada siyasəti istiqamətləndirən qüvvələrdən biri də erməni lobbisidir: "Prezidentliyə namizəd Fransua Ollandın bur açıqlaması divident qazanmaq məqsədi güdür\".

J.Əliyeva deyir ki, fransız siyasətçiləri qondarma qanundan şəxsi məqsədləri üçün istifadə edir: " Prezidentliyə namizəd Fransua Olland da bu tip bəyanatlarla çıxış edərək ermənilərin rəğbətini qazanmaq istəyir. Lakin bu Fransada yaşayan ermənilərin səslərini əldə etmək üçün hesablanan bəyanatdır və Sarkozi kimi də Ollandında ifadələri iflasa uğraycaq. Bütün hallarda haqqı qoyub nahaqın dalınca qaçmaq olmaz. Xocalı soyqırımının 20 illiyi ərəfəsində bizim böyük faciəmizi görmək istəməyən qüvvələr, çoxtərəfli standartlar ilə işləyən Qərb ölkələri, qoy Azərbaycanın sivil insanlarını - qocaları, qadınları, uşaqları süngüdən keçirənlərin hərbi tribunal qarşısında cavab verməsi üçün lazımi tədbirləri görsünlər".

Qeyd edək ki, Fransua Olland çıxışlarının birində prezident seçiləcəyi təqdirdə senatın qondarma \"erməni soyqırımı\"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu imzalayacağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə