ATƏT-in Minsk qrupunun yaranmasının 20-ci ildönümü münasibətilə konfrans keçiriləcək
ATƏT-in Minsk qrupunun yaranmasının 20-ci ildönümü münasibətilə konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazirin sözlərinə görə, konfransın Avropada keçiriləcəyi gözlənilir. Tədbirdə Minsk qrupunun bütün üzvləri iştirak edəcək: "Konfransda Dağlıq Qarabağ münaqişəsinin həllində 20 ildə irəliləyişə nail olunmaması barədə müzakirələr aparılacaq".
Fransanın ATƏT-in Minsk qrupundan çıxarılması məsələsi ilə bağlı deputatlar tərəfindən Milli Məclisə təkliflərin irəli sürülməsi məsələsinə gəlincə nazir: \"Bu haqda məndə informasiya yoxdur. Gərək bu təklifin Azərbaycan üçün faydalı olub-olmaması təhlil edilsin. BMT Təhlükəsizlik Şurasının (TŞ) 5 daimi üzvü var və onlardan 3-ü - ABŞ, Rusiya və Fransa Ermənistan-Azərbaycan, Dağlı Qarabağ münaqişəsi ilə məşğuldur. Hər hansı təklif olarsa, BMT TŞ-dan gəlməlidir. Onu deyə bilərəm ki, artıq BMT TŞ 1993-cü ildə 4 qətnamə qəbul edib və bunun əsasında da biz gərək irəliləyiş əldə edək. Ümumiyyətlə, inanıram ki, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail ola bilərik\", -deyə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB