"Burada birmənalı fikir söyləmək doğru olmazdı. Əgər söhbət hissiyyatlardan gedirsə, burda dərində olan, daha diqqəti çəkən məqamlar ortaya çıxmalıdır. Hər halda insanların hissiyyatı ilə yalnız icra başçısı oynamayıb. Yəqin ki, bunu daha çox alovlandıran şəxslər də olub". Bunları SİA-ya açıqlamasında Qubada martın 1-də baş verən hadisələrə münasibət bildirən millət vəkili Gülər Əhmədova deyib.
Xanım millət vəkili vətəndaşları bu kimi məsələlərdə diqqətli olmağa çağırıb: "Hər birimiz başa düşməliyik ki, geopolitik vəziyyətimiz elə bir məqamdadır ki, hər bir vətəndaşımız çox diqqətli olmalıdır. Söhbət təkcə siyasətçilərdən getmir, biz hər zaman onu diqqətdə saxlamalıyıq ki, qonşu dövlətlərimizin Azərbaycanda çox ciddi maraqları var. Onların Azərbaycanda sabitliyin pozulmasında maraqları var ki, sabitlik pozulduqdan sonra "bulanıq suda balıq tutsunlar", təbii sərvətlərimizə yiyələnsinlər. Mənə elə gəlir ki, bu cür hadisələri insanlar şişirtməmələdirlər. Bu məsələ ağsaqqallar səviyyəsində də həll oluna bilərdi. Amma hadisə olub, necə deyərlər \"olacağa çarə yoxdur\". Düşünürəm ki, həm dövlət məmurları, həm də xalqımız diqqətli olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB