Ziya Məmmədov: “Ev yandırmaqla problemi həll etmək mümkün deyil”-YENİLƏNİB
"Ev yandırmaqla problemi həll etmək mümkün deyil. Bu cür təxribatlara uymaq düzgün olmaz". SİA-nın şimal bürosunun məlumatına görə, bunu Quba rayonuna gələn nəqliyyat naziri Ziya Məmmədov qubalılar qarşısında çıxışı zamanı deyib. Nazir icra başçısının adından qubalılardan üzr istəyərək bildirib ki, yaranan bütün problemlər tezliklə həllini tapacaq.
Qubadan seçilən millət vəkili Vahid Əhmədov isə bütün saxlanılanların azad ediləcəyini bildirib.
Qeyd edək ki, Quba rayonunda bu gün keçirilən etiraz aksiyasında 4 nəfərin xəsarət aldığı açıqlanıb. Aksiyada xəsarət alanlardan 3-ü Daxili İşlər Nazirliyinin əməkdaşı – Quba rayon Dərtqov kənd sakini İsrafilov Malik Nağdəli oğlu, Əlibət Qışlaq kənd sakini Adıgözəlov Adıgözəl Nurəddin oğlu və Quba şəhər sakini Məmmədov Fazil Əbil oğlu, biri isə aksiya iştirakçısı - Atuc kənd sakini Sultanov Hikmət Müslüm oğludur. Xatırladaq ki, etirazçılar bir neçə gün əvvəl Quba RİH başçısı Rauf Həbibovun internetdə yayılan videosuna etiraz edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB