Millət vəkili: “Gənclər sosial şəbəkələrdə fəaliyyət göstərərkən bir neçə istiqamətdə prosesə qatılmalıdır”

Millət vəkili: “Gənclər sosial şəbəkələrdə fəaliyyət göstərərkən bir neçə istiqamətdə prosesə qatılmalıdır”

"Azərbaycançılıq ideologiyası bizi biləşdirən ümumi məhfumdur. Gənclər sosial şəbəkələrdə fəaliyyət göstərərkən bir neçə istiqamətdə prosesə qatılmalıdır". SİA-nın xəbərinə görə, bunu YAP-ın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.

Millət vəkili bildirib ki, gənclər Ermənistan və erməni lobbisinin beynəlxalq media sistemində Azərbaycan əleyhinə apardığı qara piarı ifşa etməli və erməni təbliğatına qarşı tutarlı dəlillər, faktlarla çıxış edərək ermənilərin Azərbaycan torpaqlarını işğal etməsini, bötüvlükdə ölkəmizə qarşı törətdikləri terror aktlarını beynəlxalq sosial şəbəkə sistemində ingilis, rus və Azərbaycan dilində yaymalıdırlar. Onun sözlərinə görə, bu gün sosial şəbəkələrdə Azərbaycan hakimiyyəti əleyhinə qara piar kampaniyası aparılır.

"Burada xarici dairələrlə bərabər çox təəssüf ki, sinxron şəkildə daxildəki bəzi qruplaşmalar da iştirak edir. Bu qruplaşmalar sosial şəbəkələrdə yalan məlumatlar yayaraq Azərbaycan hakimiyyətinin, prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti hansısa yolla gözdən salmağa cəhd göstərirlər. Gənclərimiz sosial şəbəkələrdə iştirak edərək prezidentin həyata keçirdiyi siyasət, uğurlar, görülən işlər, həmçinin, qarşımızda duran vəzifələrlə bağlı fikirləri çatdırmalıdır. Eyni zamanda, dövlətin, millətin qarşısında duran məsələləri, dünyada olan 50 milyonluq azərbaycanlının ayrı-ayrı məsələlərlə bağlı fikirlərini təhlil yolu ilə bir-birimizə çatdırmalıyıq. YAP gəncləri sosial şəbəkələrdə geniş fəaliyyət göstərirlər. Treninq və seminarların da məqsədi bu fəaliyyət istiqamətlərini bir daha müzakirə edərək dəqiqləşdirmək, gəncləri maraqlandıran bu və ya digər məsələlər ətrafında fikir mübadiləsi aparmaqdan, onları sosial şəbəkələrdə aparılan müzakirələrdə istiqamətləndirməkdən ibarətdir", - deyə M.Qurbanlı əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə