Prezident İlham Əliyev Türkiyənin TRT televiziya kanalına müsahibə verib. AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 29-da Türkiyənin TRT televiziya kanalının Bakı təmsilçisi Yüksel Degercana müsahibə verib.
Dövlətimizin başçısı Fransa Konstitusiya Şurasının qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun ləğvi ilə bağlı qərarı, Türkiyə-Azərbaycan dostluq münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması və enerji sahəsində əməkdaşlıqla bağlı suallara cavab verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB