Sumqayıt şəhər stadionu əsaslı təmirdən sonra 12 min azarkeş qəbul edəcək
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda əsaslı təmir işləri yaxın gələcəkdə başa çatacaq. Bunu SİA-ya açıqlamasında Sumqayıt şəhər icra başçısının müavini Sahib Quliyev bildirib.Ötən ilin yay aylarında əsaslı təmirə bağlanan stadionda gələcəkdə Avropa standartlarına uyğun meydançanın tikiləcəyini deyən icra rəsmisi stadion kompleksində iki böyük meydançanın inşa ediləcəyini deyir. Dörd ulduzlu olması nəzərdə tutulan meydançanın süni örtüyü Hollandiyadan gətiriləcək. Arenanın azarkeş tutumu isə 12 min nəfər olacaq. Bununla yanaşı stadionun yaxınlığında beş ulduzlu otellərində tikilməsi gələcək plana daxildir.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun tikintisinə 1963-cü ildə başlanılıb və 1966-cı il iyulun 1-də istifadəyə verilib. Stadion 1979-1980-ci illər və 1993-1994-cü illər ərzində təmirə dayandırlıb. Son olaraq isə 2011-ci ildə meydandançada kosmetik təmir işləri aparılıb. Paltardəyişmə və hakimlərin otaqları əsaslı təmir olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB