ATƏT-in sədri: “Status-kvo Qarabağ münaqişəsinin həlli ola bilməz”
\"İrlandiya ATƏT-dəki sədrliyindən istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ədalətli vasitəçilik səylərini göstərməyə hazırdır\". SİA-nın xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri İmon Gilmor bildirib.
İ.Gilmor deyib ki, qurumun yeganə marağı münaqişənin dinc yolla həll edilməsidir: "Nəticədə region insanlarının öz həyatlarını qurmasına imkan yaranacaq. İlk addım olaraq mən Pedreyq Merfini özümün Cənubi Qafqaz üzrə nümayəndəm təyin etdim. Həmçinin regionda mənim digər şəxsi təmsilçim Anjey Kaprşik işləyəcək. Bu, bizim Qarabağa dair sülh prosesinə nə dərəcədə mühüm əhəmiyyət verdiyimizi göstərir. Çünki İrlandiya olaraq biz münaqişələrin dağıdıcı gücünü yaxşı bilirik", - deyə ATƏT sədri bildirib.
İmon Gilmor əlavə edib ki, status-kvo Qarabağ münaqişəsinin həlli ola bilməz və bu variantın yaşamaq qabiliyyəti yoxdur. O, münaqişənin mövcud formatlar əsasında nizamlanması üçün əlindən gələni edəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB