Latviyanın xarici işlər naziri: “Xocalıda baş verənlər gələcək üçün çox ciddi xəbərdarlıqdır”

Latviyanın xarici işlər naziri: “Xocalıda baş verənlər gələcək üçün çox ciddi xəbərdarlıqdır”

"Faciəli anları yada salmaq çətindir. Belə səhifələrə ehtiyatla, diqqətlə baxmaq lazımdır\". SİA-nın xəbərinə görə, bunu Latviyanın xarici işlər naziri Edqar Rinkeviçs Xocalı soyqırımına siyasi qiymət verilməsi barədə suala münasibət bildirərkən deyib: "Bu cür faciələrə hüquqi qiymət vermək çətin olsa da baş verənlər gələcək üçün çox ciddi xəbərdarlıqdır".

Azərbaycanla Latviya arasında siyasi dialoqun və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu deyən nazir münasibətlərin daha da genişləndirmək imkanlarının da mövcudluğunu vurğulayıb. Azərbaycanın enerji ehtiyatları baxımından bölgədə önəmli rola malik olduğunu qeyd edən nazir Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasına töhfələrini yüksək qiymətləndirib. Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq Latviyanın bu problemin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğunu bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə