Xocalı Soyqırımına həsr olunmuş inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı
Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 26 fevral- Xocalı Soyqırımının XX ildönümünə həsr olunmuş "Müharibə uşaqların gözü ilə " mövzusunda keçirilən müsabiqə qaliblərinin mükafatlandırılması və Xocalı faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün elektron aksiya tədbiri keçirildi.
SİA-nın məlumatına görə, Bakı şəhər orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən inşa yazı müsabiqəsinin əsas məqsədi Azərbaycan xalqının tarixi boyu erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı, siyasətinə məruz qalması, öz tarixi torpaqlarından qovulmasından, qaçqına və məcburi köçkünə çevrilməsini və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmasını, tariximizin soyqırım səhifəsi olan Xocalı faciəsinin bütün həqiqətlərini olduğu kimi gənc nəsillərə çatdırmaq, ərazi iddialarını əsaslandırmaq üçün davamlı olaraq yeni-yeni əsassız tezislər uyduran erməni millətçilərinin anti - Azərbaycan təbliğatına, məkrli siyasətinə, ideoloji təxribatlarına qarşı ayıq-sayıq olmasını elektron aksiyalar vasitəsilə təbliğini gücləndirməkdən ibarətdir.
Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, Gəncliyə Yardım Fondunun prezidenti Ahmed Tecim, Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşaviri Halis Koyuncuoğlu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin nümayəndəsi iştirak edirdi.
Toplantıda çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov gənclərin daim düşmənimizə qarşı ayıq olmasını, vahid düşmənimizə qarşı birlikdə mübarizənin aparılmasının vacibliyini vurğuladı. O, həmçinin ermənilərin Xocalıda törətdiyi soyqırımın nə yazılan, nə də ki yazılmayan müharibələrin qanunlarında yer tapmadığını, bunun əsl cinayətkarlıq, bütün dünya insanlığı üçün dəhşətli faciə olduğunu qeyd etdi.
Tədbirdə söz alan Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşaviri Halis Koyuncu oğlu isə Türkiyənin hər zaman Azərbaycanın yanında olduğu kimi, Xocalı Soyqırımı həqiqətlərinin də bütün dünyada tanıdılmağında hər zaman dəstək olacağını dedi və onu da əlavə etdi ki, dünyanın hansı ölkəsində Türkiyənin Səfirliyi varsa həmin ölkələrdə Xocalının Soyqırımının tanıdılması üçün işlər görülür, tədbirlər keçirilir.
Qeyd edək ki, tədbirin sonunda inşa müsabiqəsinin qaliblərinə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və pul mükafatları təqdim olundu.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB