Bir qrup erməni müğənni \"Eurovision- 2012\"də iştirakdan imtina edib- YENİLƏNİB

Bir qrup erməni müğənni \"Eurovision- 2012\"də iştirakdan imtina edib- YENİLƏNİB

Bir qrup Ermənistan müğənnisi Bakıda keçiriləcək "Eurovision-2012" müsabiqəsində iştirakdan imtina etmələri barədə bəyanat yayıblar. Onlar bu addımı Azərbaycanın "antierməni siyasəti" apardığı ilə əsaslandırıblar. Bəyanatda Ermənistan İctimai telekanalı Bakıya nümayəndə göndərməməyə çağırılır.


Bəyanatda deyilir: "Əgər "Eurovision-2012" müsabiqəsi hər hansı başqa ölkədə keçirilərsə, biz bu müsabiqədə iştirak etməyə hazırıq".


Qeyd edək ki, xəbəri yeniləməyə çalışacağıq.



12.17


\"Eurovision- 2012\" mahnı müsabiqəsinin Azərbaycan üzrə İşçi Qrupundan SİA-ya verilən məlumata görə, Ermənistan müsabiqədə imtina etməsini rəsmi şəkildə bəyan etmədiyi üçün bu məsələ ilə bağlı hələlik hansısa şərh verə bilmirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə