Azərbaycan “Böyük iyirmiliyin” üzvü olan ölkələrin sammitində iştirak edəcək
Azərbaycan "Böyük iyirmiliyin" üzvü olan ölkələrin fevralın 18-dən 20-dək Meksikanın Los Kabos şəhərində keçiriləcək sammitində iştirak edəcək. Ölkəmizi sammitdə xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycanın xarici siyasət idarəsinin mətbuat katibi Elman Abdullayev məlumat verib.
Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, Azərbaycanın bu cür önəmli bir tədbirə dəvət olunması ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi növbəti böyük uğurdur. Ölkəmizin bu sammitdə iştirak etmək üçün dəvət olunması, həmçinin Azərbaycanın sürətli inkişafının, regiondakı mövqeyinin göstəricisidir.
E.Abdullayev qeyd edib ki, xarici işlər nazirləri səviyyəsində keçiriləcək tədbirdə "Böyük iyirmiliyin" üzvü olan ölkələrdən başqa Avstriya, Norveç, İspaniya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Çili, Kolumbiya, Kamboca, Əlcəzair və Afrika İttifaqı təşkilatı təmsil olunacaq. "Böyük iyirmiliyin" üzvü olan ölkələrin builki sammitində əsasən dövlətlərin üzləşdiyi makroiqtisadi təhlükələr, iqtisadi tənəzzül, maliyyə məsələləri, ərzaq təhlükəsizliyi problemlərinin həlli müzakirə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB