Kəskin hava şəraiti ilə əlaqədar bəzi aviareyslərin təxirə salınma ehtimalı var. Ona görə də, növbəti uçuşlar üçün bilet almış sərnişinlər aeroportun məlumat bürosuna müraciət etmələri tövsiyə olunur.
SİA-nın "Azərbaycan Hava Yolları" QSC mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı-İstanbul aviareysi yola salındı. Bakı-Dubay, Bakı-Sankt-Peterburq, Bakı-Moskva aviareysləri uçuşa hazırlanır.
"Tatarıstan Hava Yolları" aviaşirkətinə məxsus, Kazan-Bakı aviareysi üzrə Bakıya yola salınan təyyarə Azərbaycan paytaxtında hava şəraitinin əlverişsiz olması səbəbindən Dağıstanın Mahaçqala şəhərinə enib. Kəskin hava şəraiti ATR tipli təyyarələrin uçuş etməsi üçün əlverişsiz olduğu üçün bu tipli təyyarələr - Bakı-Tehran, Bakı-Tbilisi, Bakı-Gəncə aviareysləri müvəqqəti təxirə salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB