Azərbaycanla Aİ arasında danışıqların təxirə salınmasının səbəbi bəlli olub

Azərbaycanla Aİ arasında danışıqların təxirə salınmasının səbəbi bəlli olub
Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqların təxirə salınmasına pis hava şəraiti səbəb olub. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AB-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia deyib. O bildirib ki, danışıqlara mane olacaq başqa bir səbəb yoxdur. İlk danışıqlar bu ayın sonunda keçirilməlidir. Tarix hazırda dəqiqləşdirilir.

Xatırladaq ki, ilk danışıqların fevralın 7-də keçirilməsi planlaşdırılırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə