Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
Müşavirədə çıxış edən Penitensiar Xidmətin rəisi Mədət Quliyev vurğulayıb ki, 2011-ci il ərzində Penitensiar Xidmət və onun tabe qurumları tərəfindən qarşıda duran vəzifələr əsasən yerinə yetirilib, müəyyən müsbət nəticələr əldə olunub. Bununla yanaşı fəaliyyətdə mövcud olan nöqsan və pozuntuların aradan qaldırılması, fəaliyyətin daha da təkmilləşdirilməsi üçün müvafiq tapşırıqlar verilib.
Eyni zamanda 2011-ci il ərzində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisələrinin əməliyyat aparatlarının respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində 183 müxtəlif, o cümlədən bir neçə il əvvəl törədilən və uzun müddət bağlı qalmış bir sıra cinayətlərin üstü açılıb. 2011-ci il ərzində qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olub. 2011-ci il ərzində Penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 21.592 manat pul, 179,2 litr spirtli içki, 197 mobil telefon, 333,329 qram çəkidə müxtəlif narkotik vasitələr aşkar edilərək götürülüb və həmin faktlarla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.
Müşavirədə beynəlxalq, yerli qeyri-hökumət, o cümlədən hüquq-müdafiə təşkilatları ilə il ərzində işgüzar əlaqələrə xüsusi diqqət yetirildiyi, həmin təşkilatlar tərəfindən müəssisələrə 198 başçəkmə həyata keçirildiyi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB