Millət vəkili: “Fransa Senatı bu qərarın qəbulu ilə ATƏT-in Minsk qrupunun həmsədri kimi öz neytrallığını itirir” - AÇIQLAMA
Fransa Senatında uydurma "erməni soyqırım"ını tanımayanların cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbulu ilə bağlı qərarına Ana Vətən Partiyası bir daha öz mövqeyini sabah Milli Məclisin yaz sessiyasında ortaya qoyacaq. Bunu SİA-ya açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, Fransa Senatı bu qərarın qəbulu ilə bir daha Ermənistanı himayə etdiyini sübuta yetirir və ATƏT-in Minsk qrupunun həmsədri kimi öz neytrallığını itirir: "Hesab edirəm ki, Fransa ATƏT-in Minsk qrupu vasitəçiliyindən uzaqlaşdırılmalıdır və bu həmsədrlik neytral dövlətlərdən biri ilə əvəz edilməlidir".
Türkiyə mətbuatında Azərbaycanla bağlı qərəzli yazıların dərc olunmasına gəlincə, partiya sədri bildirib ki, bu tamamilə yanlış fikirlərdir: "Türkiyə ilə Azərbaycan bərabər bir şəkildə öz imkanları daxilində fəaliyyət göstərir. Bu gün Azərbaycan istər "Dostluq" qrupu çərçivəsində, istər deputatlar və prezident səviyyəsində Fransaya qarşı çox ciddi münasibət bildirirlər. Azərbaycanın xarici işlər nazirliyinin (XİN) öz mövqeyini ortaya qoyması buna bariz sübutdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB