Monitorinq insidentsiz başa çatıb

Monitorinq insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan Respublikasının Tərtər rayonunun Qızıloba kəndinin cənub-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Praroy, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus, səhra köməkçiləri Antal Herdiç və Marius Puodziunas keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə