Çingiz Qənizadə: “Senatın atdığı bu addım onu göstərir ki, Fransa artıq Minsk qrupunda qala bilməz” - MÜNASİBƏT
Fransanın uydurma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar onu göstərdi ki, Fransa artıq ATƏT-in Minsk qrupunun tərkibində ola bilməz. SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə məsələyə münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, rəsmi Paris bu addım onların neytral mövqedə olmadıqlarını bir daha sübut etdi. Onun fikrincə, neytral olmayan bir dövlət isə o dövlətin arzu etmədiyi qərarların qəbul olunmasında maraqlı ola bilməz. Ç.Qənizadə vurğulayıb ki, Fransa Senatının qəbul etdiyi qərar ATƏT-in Minsk qrupu səviyyəsində maraqlara zidd olmaqla yanaşı, həm də bütün türk dünyasına zidd addımdır. Bunlardan başqa qanun mətbuata, söz, insan, fikir azadlığına, eləcə də Fransanın Konstitusiyasına ziddir.
"Fransanın tarixə qarşı atdığı bu səhv addımının nəticəsi kimi türk dövlətləri arasında bərabərlik yaranacaq. Çünki Fransa Senatındakı bu qanunla türk dövlətləri bir daha əmin oldu ki, Avropa və digər ölkələr türklərə qarşı həmişə qeyri-səmimidir\", deyən hüquq müdafiəçisi əminliklə vurğulayıb ki, bundan sonra bəzi Avropa dövlətlər tərəfindən də analoji addımın atılacağı gözləniləndir.
\"Bu, Türkiyənin Avropaya üzv olmasına qarşı yönələn bir addımdır. Avropanın ən böyük dövləti olan Fransanın atdığı bu addım boş yerdən qaynaqlanmır", - deyə millət vəkili bildirib.
Azərbaycanın məsələ ilə bağlı hansı addım atacağına münasibət bildirən millət vəkili deyib ki, Türkiyənin həmişə Azərbaycanın yanında olub. Bunu nəzərə alsaq, biz bu məsələdə də qardaş ölkənin tərəfində olacağıq. Uydurma "erməni soyqırımı"ilə bağlı qanunun qəbuluna görə, Fransaya qarşı kəskin addım atmağımız, bizim üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Fransa və ATƏT-lə olan münasibətlərimizə yenidən baxmalıyıq.
Hüquq müdafiəçisi əminliklə bildirib ki, Senatın qəbul etdiyi bu qərar uzunmüddətli olmayacaq: "Çünki Nikola Sarkozinin seçkilərə hesablanmış qərarı onun ölkədaxili nüfuzuna zərbə vuracaq və özünə uğursuzluq gətirəcək. Türkiyə yaxın günlərdə bununla bağlı adekvat addımlar atacaq".
Ç.Qənizadənin sözlərinə görə, bütün bunlar bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsi istiqamətində köməklik göstərmək istəyirik deyən dövlətlər əslidə Ermənistanla açıq və gizli formada əməkdaşlıq edir.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB