Hammam Hamudi: "Azərbaycanlı iş adamlarını İraqa sərmayə qoymağa dəvət edirik" - MÖVQE

Hammam Hamudi: "Azərbaycanlı iş adamlarını İraqa sərmayə qoymağa dəvət edirik" - MÖVQE

Biz beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. İraq daim Azərbaycanın yanındadır. SİA-nın verdiyi məlumata görə, bu sözləri Azərbaycanda səfərdə olan İraq Respublikası parlamentinin xarici əlaqələr komitəsinin sədri Hammam Hamudi jurnalistlərə müsahibəsində deyib.

H.Hamudi bildirib ki, bu onun Azərbaycana ilk səfəridir. Azərbaycan və İraqın ortaq tarixi vardır. İraq nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi iki ölkə və iki xalq arasında qarşılıqlı münasibətlərin gücləndirilməsi, rəsmi və qeyri-rəsmi əlaqələrin inkişaf etdirilməsidir. Rəhbərlik etdiyim nümayəndə heyətinin tərkibində İraqın müxtəlif şəhərlərindən olan deputatlar vardır.

Qonaq diqqətə çatdırıb ki, bu yaxınlarda bir sıra azərbaycanlı zəvvar Kərbəlaya səfər edib. İraq tərəfi belə səfərləri dəstəkləyir və yüksək qiymətləndirir. Arzu edirik ki, bu cür səfərlər davamlı olsun.

Komitə sədri azərbaycanlı iş adamlarını İraqa sərmayə qoymağa da dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə