Prezidenti İlham Əliyev Gürcüstan parlamentinin sədr müavini Fridon Toduanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezidenti İlham Əliyev Gürcüstan parlamentinin sədr müavini Fridon Toduanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Fridon Toduanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurlu inkişafından məmnunluğunu bildirib. Ölkələrimiz arasında əməkdaşlığın siyasi, iqtisadi və investisiya qoyuluşu sahələrində yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın əhəmiyyətini qeyd edib. Azərbaycana səfərindən məmnunluğunu bildirən Fridon Todua ölkəmizə ikinci dəfə səfər etdiyini və ötən dövr ərzində Azərbaycanda çox böyük inkişaf proseslərinin şahidi olduğunu deyib.


Bütün xəbərlər Facebook səhifəmizdə