Azərbaycanla Acarıstan Muxtar Respublikası arasında əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib
Azərbaycan Respublikasının Batumi şəhərində Baş Konsulu Hüseyn Nəcəfovun Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri Levan Varşalomidze ilə görüşü olub. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycanla Acarıstan Muxtar Respublikası arasında əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.
Görüşdə həmçinin Acarıstan Muxtar Respublikasının Maliyyə və İqtisadiyyat Naziri Vaja Bolkvadze və Acarıstanda "Socar Energy Georgia" şirkətinin rəsmi nümayəndəsi Fərid Məmmədov iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB