Türkiyədə istefada olan daha bir general həbs olunub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, terror təşkilatı olduğu iddia edilən "Ergenekon"la bağlı istintaq çərçivəsində barəsində cinayət işi qaldırılmış istefada olan ordu generalı Hurşit Tolon haqqında həbs-qətimkan tədbiri seçilib. Sabiq general bu gün həbs edilib.
Qeyd edək ki, 1942-ci il təvəllüdlü H. Tolonun Türkiyə Silahlı Qüvvələrindəki son vəzifəsi Egey ordusunun komandanı postu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB