Ermənistan ordusu 2011-ci ildə atəşkəsi 774 dəfə pozub

Ermənistan ordusu 2011-ci ildə atəşkəsi 774 dəfə pozub

Ermənistan Silahlı Qüvvələri tərəfindən son bir ildə cəbhə xəttində atəşkəs rejimini 774 dəfə pozulub. Azərbaycan ordusunun üzbəüz mövqeləri və cəbhə kəndləri intensiv atəşə tutulub.

SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, təmas xəttində Ermənistan Ordusu tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycan 19 şəhid verib, 24 nəfər isə yaralanıb. Şəhid olanlardan 15 nəfər Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 4 nəfər isə mülki sakindir. Qeyd edək ki, mülki sakinlərdən 2-si uşaqdır. Bu istiqamətdə Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri 293 dəfə düşmənin atəşinə məruz qalıb. Cəbhə yani yaşayış məntəqələrimiz intensiv atəşə tutulduğundan kənd sakinlərin həyat şəraiti çətinləşib. Düşmən hədəfində olan mülki vətəndaşlar istənilən vaxt atəşə məruz qalır. Kənd sakinləri bütün hallarda Azərbaycan ordusuna güvənir. Çünki Azərbaycan əsgəri istənilən vaxt düşmənin layiqli cavabını verib sudurur.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə