Sumqayıt Gənclər və Idman Baş İdarəsi 2011-ci ilə yekununa dair idmançılarla görüşdü - FOTOSESSİYA
SİA-nın verdiyi məlumata görə, görüşdə çıxış edən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov idmançıları və məşqçiləri əldə etdikləri nailiyyətlər, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edib. İdarə rəisi öz çıxışında qeyd edib ki, 2011-ci ildə Sumqayıt idmançıları Respublika və Beynəlxalq səviyyəli yarışlardan 982 medal əldə ediblər. Bunlardan 176 medal Beynəlxalq səviyyəli yarışlarda qazanılıb. Idmançılar tərəfindən şəhərimizə gətirilmiş 76 medal (22 qızıl, 25 gümüş, 29 bürünc) dünya və Avropa çempionatlarının, birinciliklərinin və kubok yarışlarının payına düşür. Əldə olunan bu nailiyyətlər ölkə başçısı İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı sayəsində mümkün olub. Təkcə Sumqayıt şəhərində son 3 ildə 3 böyük (Paralimpiya Kompleksi, 1 saylı Uşaq Gənclər və İdman Məktəbi və Sumqayıt Olimpiya) idman kompleksləri ölkə rəhbəri İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Şahmat - Dama Məktəbi əsaslı təmir edilib, 10-a yaxın süni örtüklü idman meydançaları quraşdırılıb. Şəhər İcra hakimiyyətinin təşəbbüsü ilə şəhərdə ilk dəfə olaraq rəngarəng möhtəşəm idman tədbirləri – mini futbol, şahmat-dama, velosiped, kross yarışları və s. tədbirlər keçirilib.
Tədbirdə 180 idmançı və onların məşqçilərinə hədiyyələr təqdim edilib. Tədbir bədii hissə ilə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB