İranın Şərqi Azərbaycan əyalətindən azərbaycanlı qadın Səkinə Məhəmməd Əştianiyəyə kəsilmiş daşqalaqla öldürülmə hökmü dəyişdirilərək dar ağacından asılmaqla əvəz oluna bilər. SİA-nın "BBC" yə istinadən verdiyi xəbərə görə, Şərqi Azərbaycanda ədliyyə rəhbəri Malek Əjdər Şərifi bazar günü deyib ki, həbsxanada daşlama hökmünü icra etmək üçün "lazımi avadanlıq" yoxdur, ona görə də, hakimiyyət dar ağacından asılmanı alternativ cəza kimi nəzərdən keçirir.
Britaniyada dərc olunan Guardian qəzeti yazır ki, Səkinə Əştiyaninin cəza hökmü beynəlxalq nümayişlərə cavab olaraq, müvəqqəti olaraq dayandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB