Aydın Hüseynov: \"Sarkozi insan haqqlarını erməni səslərinə dəyişdi\"

Aydın Hüseynov: \"Sarkozi insan haqqlarını erməni səslərinə dəyişdi\"

"Fransa özünə aid olmayan işlərə qarışır". Bu sözləri YAP Qaradağ rayon təşkilatının sədri, YAP siyasi şurasının üzvü Aydın Hüseynov Səs TV-yə açıqlamasında deyib. Fransa senatında qondarma \"erməni soyqırımı\"nın inkar edilməsinin cinayət hesab edilməsi haqqında qanunun qəbul olunması məsələsinə münasibət bildirən sədr türklərə və azərbaycanlılara qarşı ikili standartlarla yanaşıldığını deyib: "İlk olaraq onu deməliyəm ki, Fransa özünə aid olmayan işlərə qarışır. İqtisadi sahədə yaşadığı problemlər və böhranla məşğul olmaq əvəzinə, özünə aid olmayan işlərə ədalətsiz qərar tətbiq edir. Ümumiyyətlə, Fransa bu addımla həyata keçirdiyi iqtisadi siyasətin uğursuzluqlarını gizlətməyə və fikri başqa istiqamətə yönləndirməyə çalışır".

Aydın Hüseynovun fikrincə, bu addım həm də Sarkozinin erməni lobbisinin rəğbətini qazanma cəhdidir: "Prezident seçkilərinin yaxınlaşdığını bilən Sarkozi erməni lobbisinin rəğbətini qazanmağa çalışır. Yəni Fransanın addımı sırf siyasi manevrdir. Lakin unutmaq lazım deyil ki, tarixi hadisələrlə siyasi manevr etmək əsla uğurlu nəticə verə bilməz. Tarixçilər ermənilərin Türkiyə və Azərbaycanda müxtəlif dövrlərdə vandalizm hərəkətləri törətdiklərini təsdiq edirlər. Fransa öz siyasi məqsədlərini icra etmək üçün siyasi oyunbazlıqdan istifadə edir. Bu isə çox dərinə getməyəcək. Təbii ki, bir azərbaycanlı olaraq bu hadisəni pisləyirik. Çünki bütün dünya Xocalı soyqırımında bu xalqın başına nələr gəldiyini bilir. Bu addım Fransaya başucalığı gətirməyəcək. Bir dövlət olaraq Fransa hörmətini saxlamaq istəyirsə məsələyə hoqqabazlıqla deyil, faktlarla yanaşmalı, ermənilərin törətdikləri vəhşilikləri qəbul etməlidir. Hamımız bilirik ki, Fransa eyni zamanda Minsk qrupunun həmsədrlərindən biridir. Fransa hər şeydə bu qədər ədalətlidirsə, uydurma \"erməni soyqırımı\"nı qanun səviyyəsində müzakirə edib qəbul etməkdənsə, tarixə nəzər salsın!"

Bütün xəbərlər Facebook səhifəmizdə