Qəzaya uğramış təyyarə göldən çıxarıldı-FOTOSESSİYA

Qəzaya uğramış təyyarə göldən çıxarıldı-FOTOSESSİYA

Səhər saatlarında Abşeron rayonunun Masazır qəsəbəsindəki duz gölünə düşən təlim təyyarəsində 3 nəfər olub. Hadisə yerində heç bir rəsmi şəxs açıqlama verilməsə də təyyarənin "Azərbaycan hava yolları" Qapalı Səhmdar Cəmiyyətinə aid olduğu bildirilib. Qəza zamanı içərisində Milli Aviasiya Akademiyasının bir təlimçi müəllimi və 2 kursantı olub. Hər üç şəxs yaralı olaraq çıxarılıb. Təyyarənin təlimçisi Tahir Ağaquliyev başından ağır yaralanıb. Hadisə yerində çalışan FHN xilasediciləri gölə düşən təyyarənin ekipaj üzvlərini qayıqla quruya çıxarıb. Hadisə şahidlərinin sözlərinə görə təyyarə qəzadan öncə qəsəbə üzərində uzun müddətli təlim həyata keçirib. Elə o zaman da yaranan nasazılıq səbəbi ilə qəsəbədəki sakinlərə xətər yetirməmək üçün gölə qəza enişi edib.Hadisə yerinə çatdığımız zaman xilasetmə işlərində Fövqəlada Hallar Nazirliyi, polis və prokurorluq əməkdaşları, eyni zamanda FHN-nin helikopteri çalışırdı. Bir neçə saat davam edən xilasetmə işlərindən sonra təyyarəni Fövqəladə Hallar Nazirliyinin vertolyotu ilə göldən çıxarmaq mümkün oldu. FHN-nin helikopteri qəzaya uğrayan təyyarəni göldən çıxaran kimi dərhal ərazidən uzaqlaşdırdı. Biz isə təyyarənin göldən çıxarılması anınadək gözləməyimizə baxamayaraq qəza ilə bağlı heç bir rəsmi açıqlama ala bimədik.



Aynurə Asimqızı

Bütün xəbərlər Facebook səhifəmizdə