Səməd Seyidov: “Avropada reallığı əks etdirməyən, həqiqətdən kənar olan məsələlər hökm sürür gedir” - MÜNASİBƏT
Qondarma "erməni soyqırımı" özü bir cəfəngiyyatdır. SİA-nın xəbərinə görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Səməd Seyidov Fransa parlamentinin qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun qəbul etməsinə belə münasibət bildirib.
O, qeyd edib ki, beynəlxalq münasibətlər içərisində xüsusilədə Avropada reallığı əks etdirməyən, həqiqətdən kənar olan məsələlər hökm sürür gedir: "Bu gün Fransada baş verən bu hadisə heç də təsadüfən baş verməyib. Məsələn, bütün dünya bilir ki, Azərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən işağala məruz qalıb. Ancaq işğalçı öz cəzasını almayıb. İşğalçı öz cəzasını almırsa, işğal olunan torpaqlardan qoşunlar çıxarılmırsa, etnik təmizləmə aparan dövlət qınağa çəkilmirsə, xüsusi bununla bağlı müzakirələr getmirsə bu zəmində Fransa parlamentinin qəbul etdiyi məsələlərə təəccüblənmək lazım deyil. Hamısı bir-biri ilə bağlı olan məsələlərdir".
Millət vəkili deyir ki, Avropada gedən proseslər beynəlxalq qanuna ziddir: "Ona görə Azərbaycan bu nöqteyi nəzərdən konkret mövqeyini ortaya qoymalıdır və qoyur. O, mövqedə ondan ibarətdir ki, beynəlxalq qanun bizim üçün alidir, bunu heç kim dəyişdirə bilməz və qondarma məsələləri parlamentə çıxarıb siyasi məqsədlər üçün istifadə olunması qəti qadağandır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB