Fransa Senatı qondarma "erməni soyqırımı"nı tanımamağa görə cinayət cəzası nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi üzrə müzakirələrə başlayıb. SİA-nın xəbərinə görə, bu barədə xəbəri Türkiyə mətbuatı yayıb.
Belə ki, Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə bir il azadlıqdan məhrumetmə və ya 45 min avro məbləğində cərimə tətbiq edilməsini nəzərdə tutur.
Xatırladaq ki, artıq bu qanun layihəsi ilə bağlı Türkiyənin Prezidenti Abdullah Gül, Baş naziri Rəcəb Tayyib Ərdoğan sərt bəyanat veriblər. Qanun layihəsinin qəbul edilməsindən sonra Türkiyənin öz səfirini Fransadan geri çağıracağı və Parislə diplomatik və iqtisadi münasibətləri kəsəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB