Aİ Azərbaycanla viza rejiminin sadələşdirilməsi üzrə danışıqların başlamasına mandat verib

Aİ Azərbaycanla viza rejiminin sadələşdirilməsi üzrə danışıqların başlamasına mandat verib

Avropa İttifaqı Azərbaycanla readmissiya və viza rejiminin sadələşdirilməsi üzrə danışıqların başlanmasına mandat verib. SİA-nın xəbərinə görə, bu barədə Avropa Şurasının yaydığı məlumatında deyilir.

Məlumatda deyilir: "Avropa Şurası komissiyaya readmissiya haqqında, eləcə də Azərbaycan və Ermənistanla viza rejiminin sadələşdirilməsi üzrə danışıqlara başlamağa icazə verən qərar qəbul edib. Komissiya iki ölkə ilə danışıqların başa çatdığını qərara alan kimi AŞ parlament əksəriyyətinin öz razılığını verməli olacağı sazişin imzalanması və bağlanması haqqında qərar qəbul etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə