Prezident İlham Əliyev Sumqayıtda karbamid istehsalı zavodunun təməlqoyma mərasimində iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Sumqayıta səfəri çərçivəsində azot gübrəsi – karbamid istehsalı zavodunun təməlinin qoyulması mərasimində iştirak edib.
Dövlətimizin başçısı zavodun sxemini, texniki göstəricilərini və hazır olduqdan sonrakı vəziyyətini əks etdirən stendlərə baxıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına məlumat verib ki, 24 hektar ərazidə inşa olunacaq zavodun tikintisi 2014-cü ildə başa çatdırılacaqdır. Zavodun gündəlik istehsal gücü 1200 ton ammonyak, 2000 ton karbamid təşkil edəcəkdir.
Bildirilib ki, zavodun tərkibində ammonyak və karbamid mayesi istehsalatı və əmtəəlik karbamid istehsalı bölməsi fəaliyyət göstərəcəkdir. Zavodun əmtəəlik məhsulları ammonyakdan və karbamiddən ibarət olacaq.
Diqqətə çatdırılıb ki, zavodun inşası zamanı 3 min, müəssisə fəaliyyətə başladıqdan sonra isə 500 nəfər işlə təmin olunacaq.
Dövlətimizin başçısı Dövlət Neft Şirkətinin mütəxəssislərinə və inşaatçılara tövsiyə və tapşırıqlarını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB