Dekabrın 19-dan 21-dək Ankarada TÜRKPA-nın Hüquq Komissiyasının 1-ci iclası işə başlayır. TÜRKPA-dan SİA-ya verilən məlumata görə, toplantıda "TÜRKPA üzv dövlətlərinin Parlamentlərinin konstitusiya sistemində vəzifə və öhdəlikləri və millət vəkillərinin rolu" mövzusu ilə bağlı hesabat və təkliflər paketi müzakirəyə çıxarılacaq.
Komissiyanın işində Türkiyə parlamentinin deputatı, komissiyanın sədri Halük İpekin başçılığı altında Azərbaycan, Qazaxıstandan, Qırğızıstandan və Türkiyədən olan deputatlar və TÜRKPA katibliyinin əməkdaşları iştirak edəcəklər.
Təkliflər paketi qəbul ediləcəyi təqdirdə, TÜRKPA-nın 2012-ci ildə Bişkekdə keçiriləcək III plenar sessiyasında təqdim olunacaq. Orada təsdiqləndikdən sonra tövsiyə qərarları bu istiqamətdə yeni qanun layihələri hazırlamaq məqsədi ilə üzv ölkələrin parlamentlərinə göndəriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB