Türkiyədə tibbi əməliyyat keçirən Baş nazir Rəcəb Tayyip Ərdoğan rəsmi proqrama bu gün başlayıb. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə saat 13:42-da evdən çıxan Ərdoğan "Dolmabaxça"dəki ofisinə gəlib. O, burada Türkiyəyə rəsmi səfərə gələn Rumıniya Prezidenti Troyan Basesku ilə görüşüb.
Ərdoğanın daha sonra Çernoqoriyanın dövlət naziri Rafet Husoviç, Kosovo Respublikasının dövlət və bələdiyyə idarəetməsi naziri Mahir Yağcılar, Makedoniyanın dövlət naziri Hadi Nezir və Serbiyanın dövlət naziri Süleyman Uqlyani ilə birlikdə qəbul edəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB