Xalq artistinin qızı: \"Atamın səhhətində heç bir dəyişiklik yoxdur\"

Xalq artistinin qızı: \"Atamın səhhətində heç bir dəyişiklik yoxdur\"

\"Atamın səhhətində heç bir dəyişiklik yoxdur\". Bunu SİA-ya açıqlamasında xalq artisti Yaşar Nurinin qızı Ülkər Nuriyeva bildirib.


Onun sözlərinə görə, aktyor hazırda Mərkəzi Gömrük hospitalının reanimasiya şöbəsində müalicə alır: \"Anam hazırda xəstəxanadadır. Baxmayaraq onun yanına heç kim buraxılmır, ancaq yenə də həkimləri ilə danışırıq. Süni nəfəs aparatına qoşulduğuna görə qidalana bilmir. Ümidimiz yenə də Allahadır. Bütün günü dua edirik".


Qeyd edək ki, Y. Nurinin səhhəti bu il sentyabrın 15-də qəflətən pisləşmiş, aktyor bir müddət Dövlət Gömrük Komitəsinin Hospitalında müalicə almışdı.


Xalq artisti ötən ilin sonu, bu ilin əvvəlində isə Türkiyənin İstanbul Memorial Xəstəxanasında uzun müddət müalicə olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə