Azərbaycanın Fransadakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirə qatılan Milli Məclisin deputatları, Azərbaycan diasporunun təmsilçiləri və tələbələr əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Mərasimi açan səfir Elçin Əmirbəyov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin ölkəmizin ağır günlərində hakimiyyətə qayıdışından sonra respublikamızda vətəndaş müharibəsinin qarşısının alındığını, onun yürütdüyü uğurlu daxili siyasəti nəticəsində xalqla hakimiyyətin daha da yaxınlaşdığını, qısa müddətdə iqtisadi yüksəlişə nail olunduğunu xatırladıb. O çıxışında bildirib ki, Heydər Əliyevin apardığı uzaqgörən daxili və xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq arenada nüfuzu artan, güclü ölkəyə çevrilib. Yaxın keçmişimizə nəzər saldıqda müasir tariximizin hər bir səhifəsində dahi şəxsiyyət, təcrübəli dövlət başçısı, uzaqgörən siyasətçi Heydər Əliyevin silinməz izlərini görürük. Əbədiyyətə qovuşmuş bu böyük insanın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.Deputatı Rafael Hüseynov ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz xidmətlərindən söhbət açıb. Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərinin izlərinin dərin olduğunu vurğulayan deputat qeyd edib ki, ümummilli lider dövlətimizin və xalqımızın gələcəkdə də firavan yaşamasının möhkəm təməlini yaradıb. Natiq müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin uzaqgörən siyasətinin onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB