İranda islahatçı jurnalist həbs edilib

İranda islahatçı jurnalist həbs edilib

İranda islahatçı jurnalist Fərşad Qurbanpur həbs edilib. SİA-nın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, ETTELAAT əməkdaşları Fərşad Quranpuru dekabrın 1-də qaldığı evində tutub aparıblar. Sonradan o, evinə zəng vuraraq Tehranın Evin zindanının 350-ci korpusunda saxlandığını bildirib.

Bir neçə islahatçı qəzetlə əməkdaşlıq edən jurnalist ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, dövlət quruluşuna qarşı təbliğat aparmaqda və xaricdəki bəzi müxalif saytlarla əməkdaşlıq etməkdə günahlandırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə