Rusiya XİN və ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsini müzakirə ediblər
Dekabrın 9-da Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ), İqor Popovla (Rusiya) və ATƏT-in hazırkı sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Anji Kaspşiklə (Polşa) görüşüb.
Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə həmçinin Bernar Fasyeni əvəz edəcək səfir Jak Forda iştirak edib.
Söhbət zamanı ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 6-7-də Vilnüsdə keçirilmiş iclasının yekunlarının nəzərə alınması ilə Dağlıq Qarabağ nizamlanması üzrə birgə iş məsələləri müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB