Ötən axşamdan etibarən şimal rayonlarında da hava şəraiti kəskin şəkildə dəyişilib. Quba Regional Hidrometeroloqiya Müəssisəsindən SİA-ya verilən məlumata görə, şimal-qərb istiqamətindən ölkəmizin ərazisinə daxil olan külək və yağıntı ilə müşayət edilən soyuq hava kütləsi nəticəsində bölgədə havanın temperaturu 7-10 dərəcə aşağı düşüb. Qusar və Xaçmaz rayonlarına 10-15 sm qalınlığında qar yağıb. Qubanın dağlıq ərazilərdə yerləşən kəndlərdə Susay Gərəyə Qarxun və Ləzə kəndi razilərdə isə 40 sm qar yağıntısı qeydə alınıb. Qar yağması nəticəsində bölgədəki bütün avtomobil yolları buz bağlayıb. Qubanın ucqar yaşayış məntəqələri ilə olan nəqliyyat əlaqəsi məhdudlaşıb. Quba-Xınalıq yolunda isə qar uçqunları baş verdiyindən yol bir neçə saat bağlı qalıb. Quba rayon FHK dağ yollarında hərəkətin bərpası məqsədilə müvafiq tədbirlər həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB