Səfər Əbiyev NATO baş katibinin müavinini qəbul edib

Səfər Əbiyev NATO baş katibinin müavinini qəbul edib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bu gün NATO baş katibinin müdafiə siyasəti və planlaşdırma üzrə müavini Hüseyn Diriözü qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə NATO ilə Azərbaycan arasında hərbi əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.


Danışıqlarda həmçinin bölgədə hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə